AK Partiya sözçüsü: PKK-nın silahı yerə qoymaq qərarı mühüm addımdır Dünya

AK Partiya sözçüsü: PKK-nın silahı yerə qoymaq qərarı mühüm addımdır

AK Partiya sözçüsü Ömər Çelik, “PKK-nın İmralıdan gələn çağırışdan sonra silahı yerə qoyması “terrorsuz Türkiyə” hədəfi baxımından əhəmiyyətli bir addımdır” deyib.

Xalqcəbhəsi.az “Anadolu” Xəbər Agentliyinə istinadən qeyd edir ki, Çelik “PKK-nın və onun qeyri-qanuni strukturlarının bütün qol və uzantılarını əhatə edən silahların ləğvi və təhvil verilməsi qərarının konkret və tam şəkildə həyata keçirilməsi dönüş nöqtəsi olacaq" deyə vurğulayıb.

AK Partiya sözçüsü Çelik, "(Terrorsuz bir Türkiyə) Bu proses dövlət qurumlarımız tərəfindən yerlərdə ciddi şəkildə təqib ediləcək. Bu barədə dövlət başçımıza məlumat veriləcək" deyib.