Putin hələ də susur - Zelenski Dünya

Putin hələ də susur - Zelenski

Rusiya Ukrayna Prezidenti Vladimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin arasında birbaşa görüş barədə təklifə hələ də cavab verməyib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə V.Zelenski axşam videomüraciətində məlumat verib.

"Ukrayna həmişə diplomatiyanı dəstəkləyir. Mən Türkiyəyə getməyə hazıram. Təəssüf ki, dünya hələ də atəşkəs ilə bağlı çoxsaylı təkliflərə dair Rusiyadan aydın cavab almayıb. Rusiya atəşi və hücumları davam etdirir. Moskva bütün günü birbaşa görüş təklifi barədə susub. Çox qəribə səssizlikdir. Rusiya hər halda müharibəni bitirməli olacaq və bunu daha tez etmək daha yaxşıdır. Qətlləri davam etdirməyin mənası yoxdur", - o bildirib.

Zelenski ABŞ lideri Donald Trampın da belə bir görüşün keçirilməsini tam dəstəklədiyini deyib. O, Trampın da imkan taparaq İstanbula gəlməsini çox istədiyini sözlərinə əlavə edib.