

Rusiyanın Amur vilayətindəki “Vostoçnıy” kosmodromu yaxınlığındakı meşəlik ərazidə güclü yanğın başlayıb.
APA “interfax.ru”ya xəbər verir ki, 3 min hektar ərazini əhatə edən alovun yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə keçmək ehtimalı var.
Əraziyə 70 yanğınsöndürən və 20 ədəd texnika cəlb edilib.
Yerli sakinlər ətrafı bürüyən tüstü qatı səbəbindən havasızlıqdan şikayətlənir.