İsrail ordusu Sinvarı hədəf aldı: 16 ölü, 70 yaralı Dünya

İsrail ordusu Sinvarı hədəf aldı: 16 ölü, 70 yaralı

İsrail HƏMAS-ın Qəzzada “Avropa” xəstəxanasının altında yerləşən yeraltı qərargahına zərbələr endirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

Bildirilib ki, zərbələrin hədəfi HƏMAS-ın silahlı qanadının rəhbəri Məhəmməd Sinvar olub. Lakin Sinvarın ölüb-ölmədiyi barədə hər hansı rəsmi açıqlama verilməyib.

Qəzzanın Səhiyyə Nazirliyi hücum zamanı 16 nəfərin öldüyünü və 70 nəfərin yaralandığını bəyan edib.