Gürcüstan parlamenti “MEGOBARI Aktı”na cavab bəyanatı qəbul edib Dünya

Gürcüstan parlamenti “MEGOBARI Aktı”na cavab bəyanatı qəbul edib

Gürcüstan parlamenti ABŞ Konqresinin Nümayəndələr Palatasında qəbul edilmiş “MEGOBARI Aktı”na cavab bəyanatı qəbul edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, 11 səhifədən ibarət bəyanat 87 deputatın dəstəyi ilə yekdilliklə qəbul edilib. Bəyanatda ABŞ-nin yeni administrasiyasının və NATO-nun indiki şərtlərdə Ukrayna və Gürcüstanın NATO-ya inteqrasiyasını qeyri-real hesab etdiyi qeyd edilib.

“2017-ci ildə Avro-Atlantik strukturlara inteqrasiyanı milli məqsəd kimi müəyyən etmək üçün Gürcüstan Konstitusiyasına düzəliş edən hazırkı hökumət idi – bu addım o zaman parlamentdə təmsil olunan müxalifət partiyalarının heç biri tərəfindən dəstəklənmədi. Gürcüstan hər zaman Avro-Atlantik inteqrasiyaya tam hazır olduğunu nümayiş etdirib, bunla belə qarşılığında öz tərəfdaşlarından ehtiyatlı mövqe gördü. Bu o deməkdir ki, Gürcüstanın Avropaya inteqrasiyasının qarşısında süni maneələr yaradan Gürcüstan hökuməti deyil, daha çox tərəfdaş ölkələrdir”, - bəyanatda qeyd edilib.