15 May 2025 08:37
1 743
Terror təşkilatı PKK/YPG-nin lideri olan Şiyar Əlinin mayın 11-də İsveçdə polis tərəfindən saxlanıldığı məlum olub.
Qeyd edilir ki, İsveç Kəşfiyyat İdarəsinin (SEPO) əməkdaşları Ş.Əlinin evinə basqın edib, onun kompüter və rəqəmsal materiallarını ələ keçirib. SEPO rəsmiləri belə əməliyyatlarla bağlı mediaya məlumat vermədiklərini və açıqlama verməyəcəklərini qeyd ediblər.
Bildirək ki, o, 16 yanvar 2023-cü ildə təxminən 400 min avro çirkli pulların yuyulmasında şübhəli bilinərək Stokholm Nacka Rayon Məhkəməsinə çıxarılmışdı.