

Bu gün Rusiya və Ukrayna nümayəndələri arasında İstanbulda baş tutacaq danışıqlar Moskva vaxtı ilə saat 10:00-da başlayacaq.
APA xəbər verir ki, bu barədə TASS-a adının açıqlanmasını istəməyən mənbə məlumat verib.
Görüş mətbuat üçün qapalı keçiriləcək.
Görüşün Dolmabaxça sarayında təşkil olunması gözlənilir.
Ukrayna tərəfi ilə danışıqlar aparacaq Rusiya nümayəndə heyətinin İstanbulda olduğu vurğulanıb.