

ABŞ Dövlət Departamenti Türkiyəyə raket satışına icazə verdiyini açıqlayıb. Satılacaq sursat; Buraya qabaqcıl orta və qısa mənzilli hava raketləri daxildir.
Xalqcebhesi.az xəbər verir ki, ABŞ rəhbərliyi Türkiyəyə 300 milyon dollardan çox sursat satılacağını açıqlayıb.
ABŞ Dövlət Departamentinin Siyasi və Hərbi Məsələlər Bürosu Türkiyəyə hava tipli raketlərin satışına icazə verildiyini açıqlayıb. Açıqlamada, qabaqcıl orta mənzilli hava raketləri və qısa mənzilli raketlər ilə əlaqədar logistika və proqram dəstək elementlərinin təqdim ediləcəyi bildirilib.
Bildirilib ki, satışla bağlı Konqresə də məlumat verilib.
"Bu satış Avropada siyasi və iqtisadi sabitlik üçün güc olmağa davam edən NATO müttəfiqinin təhlükəsizliyini artıracaq", - bəyanatda deyilir.
ABŞ Müdafiə Nazirliyinin açıqlaması da bu satışın Türkiyəyə kritik hava hücumundan müdafiə qabiliyyəti təmin edəcəyini bildirib. Hava raketləri müxtəlif hava missiyalarında, xüsusilə F-16-larla birlikdə istifadə edilə bilər.
Məryəm