Ankarada hiss edilən zəlzələ olub Dünya

Ankarada hiss edilən zəlzələ olub

Ankarada yerli vaxtla 15:46-da 5,2 bal gücündə zəlzələ olub.

APA xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin mərkəzi Konya vilayətinin Kulu bölgəsidir.

Türkiyənin daxili işlər naziri Ali Yerlikayanın "X" hesabında paylaşdığı məlumata görə, zəlzələ heç bir fəsad törətməyib, aidiyyəti qurumlar müvafiq tədbirlər görür.

Qeyd edək ki, 18,73 km dərinlikdə baş verən zəlzələ hiss edilib.