

ABŞ administrasiyası Amerika lideri Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında şəxsi görüşün çox yaxın vaxtlarda baş tutacağını gözləyir.
Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının terrorla mübarizə üzrə baş direktoru Sebastyan Qorka deyib.
"Sazişlərin hamısı zamanla bağlıdır. Vaxtı çatanda prezident Tramp Putinlə otaqda olacaq. Və mən bunun çox tezliklə baş verəcəyini gözləyirəm", - o, ABŞ paytaxtında Beynəlxalq təhlükəsizlik üzrə Politico-nun təşkil etdiyi konfransda deyib.
Baş direktorun "mümkün qədər tez" dedikdə nəyi nəzərdə tutduğunu aydınlaşdırmağı xahiş edən Qorka nəşri tənqid edib: "Sizin əldə edəcəyiniz tək şey budur. Bilirsiniz, mən "Politico"ya nifrət edirəm. Siz məndən "ən qısa zamanda" ifadəsindən başqa heç nə ala bilməyəcəksiniz."
Ona Trampın İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarında iştirak edib-etməyəcəyi soruşulub. "Xeyr, çünki qərar qəbul etmək üçün bütün tərəflərə ehtiyacımız var. Tərəflərdən biri yoxdur. Trampın iclasda iştirakının mənası yoxdur", - Ağ Ev rəsmisi deyib.
Biz əmin olmalıyıq ki, heç bir tərəf barışmaz olmayacaq. Amma əmin ola bilərsiniz ki, Ukrayna sazişin arxasında duran, onu möhürləyən şəxs prezident Tramp olacaq", - o əlavə edib.
Cavid