16 May 2025 10:58
1 827
Bu gün İstanbulda Türkiyə-ABŞ-Ukrayna Üçtərəfli Görüşü və Türkiyə-Rusiya-Ukrayna Üçtərəfli Toplantısı keçiriləcək.
Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, Türkiyə-ABŞ-Ukrayna Üçtərəfli Görüşü yerli vaxtla saat 10:45-də Dolmabahçe binasında keçiriləcək.
Türkiyə-Rusiya-Ukrayna Üçtərəfli Görüşü isə saat 12:30-da eyni məkanda olacaq.