PKK-nın bütün qolları silahı təhvil verməlidir - AKP Dünya

PKK-nın bütün qolları silahı təhvil verməlidir - AKP

PKK terror təşkilatının bütün qolları silahları təhvil verməlidir.

Xalqcebhesi.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çəlik “Habertürk”ün efirində deyib.

Ö.Çəlik əlavə edib ki, silahları təhvil vermək tələbi bütün terrorçulara aiddir.

Partiya rəsmisi qeyd edib ki, proses diqqətlə, bütün detalları ilə izlənilir:

“Qətiyyətimizdən əl çəkmirik. Prosesi idarə etməklə yanaşı, həm də təxribatların qarşısını almalıyıq. Silahsızlanma məsələsi sözlə ifadə edilməməlidir, əməldə də özünü göstərməlidir”.