Qəzzada vəziyyət dözülməzdir - Makron Dünya

Qəzzada vəziyyət dözülməzdir - Makron

Fransa Prezidenti Emmanuel Makron Qəzza zolağında humanitar vəziyyətin dözülməz olduğunu bildirib.

Xalqcebhesi.az Teleqraf-a istinadən xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada 6-cı “Avropa Siyasi Birliyinin” Zirvə Toplantısından sonra keçirilən mətbuat konfransında çıxış edən Makron Qəzzadakı vəziyyətin son həftələrdə daha da pisləşdiyini deyib.

Qəzza zolağında humanitar vəziyyətin 2023-cü ilin oktyabrından bəri görünməmiş səviyyəyə çatdığını vurğulayan Makron atəşkəsin təmin edilməsinə və humanitar dəhlizlərin yenidən açılmasına diqqət yetirəcəklərini vurğulayıb.

Makron Rusiyaya qarşı sanksiyaların Suriya üçün də tətbiqinin yaxın həftələrdə müzakirə olunacağını bildirib.

O, bu məsələni daha əvvəl ABŞ Prezidenti Donald Trampla müzakirə etdiyini və yaxın günlərdə İsrailin baş naziri Binyamin Netanyahu ilə danışacağını bildirib.