

Rusiya-Ukrayna nümayəndə heyətlərinin İstanbulda bir araya gəlməsi müharibənin bitməsi üçün son dərəcə vacibdir.
APA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan bildirib.
Ərdoğan deyib ki, Ukraynadakı münaqişə hərbi yolla həll oluna bilməz, Türkiyə bunun həlli üçün səylərini davam etdirəcək.
O qeyd edib ki, İstanbulda Türkiyənin yardımı ilə Rusiya və Ukrayna arasında danışıqlar sülhə doğru addım kimi planlaşdırılıb.
“Ən böyük istəyimiz sülh danışıqlarından qəti nəticə əldə etməkdir. Rusiya-Ukrayna nümayəndə heyətlərinin İstanbulda bir araya gəlməsi müharibənin bitməsi üçün son dərəcə vacibdir. Danışıqları davam etdirmək üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, ötən gün İstanbulda Rusiya və Ukrayna arasında danışıqlar keçirilib.