

ABŞ Yaxın Şərq ölkələrinin siyasi və iqtisadi həyatına müdaxiləni dayandırmalıdır.
Xalqcebhesi.az xəbər verir ki, bunu İranın ali lideri Əli Xamenei deyib.
“ABŞ prezidenti ərəb ölkələrinə elə bir model təklif edir ki, öz sözlərinə görə, onlar Vaşinqtonun dəstəyi olmadan 10 gün belə yaşaya bilməzlər. O açıq şəkildə belə deyib ki, Amerika onları ayaqda tutur”, – deyə Xamenei Trampın Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə səfərləri zamanı dediklərini şərh edərkən bildirib.
“O indi də öz sövdələşmələri, davranışı və təklifləri ilə onlara eyni modeli sırımağa çalışır ki, ABŞ-sız yaşaya bilməsinlər. Lakin aydındır ki, bu model iflasa məhkumdur. Yaxın Şərq xalqlarının iradəsi ilə Amerika bu bölgədən çıxmalıdır – və mütləq çıxacaq”, – ali lider əlavə edib.