Hindistanda ildırım nəticəsində 15 nəfər həlak olub Dünya

Hindistanda ildırım nəticəsində 15 nəfər həlak olub

Hindistanın şərqindəki Odişa ştatında ildırım çaxması nəticəsində 15 nəfər ölüb.
Xalqcebhesi.az Hindustan Times qəzetinə istinadən xəbər verir ki, dünən günortadan sonra güclü yağış və tufan zamanı Odişa əyalətinin bir neçə bölgəsinə ildırım düşüb.
Ştatın Koraput, Jajpur, Dhenkanal, Mayurbhanj, Gəncəm və Qacapati kimi bir çox rayonlarını təsir edən hava şəraiti bölgədə gündəlik həyata mənfi təsir göstərib, ildırım çaxması nəticəsində 15 nəfər həyatını itirib.
Hindistan Meteorologiya Departamenti (IMD) ştatda güclü yağış, tufan və şimşək çaxmasının davam edəcəyi barədə xəbərdarlıq edib.

Məryəm Quliyeva