Kiyev qəbul etməyəcək, Kreml isə yüz minləri ölümə göndərir Dünya

Kiyev qəbul etməyəcək, Kreml isə yüz minləri ölümə göndərir

Rusiya və Ukrayna nümayəndə heyətləri İstanbuldan ayrıldıqda atəşkəslə bağlı təkliflərini hazırlayacaqlarını və bir-birlərinə təqdim edəcəklərini razılaşdırıblar.

Xalqcebhesi.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

“Bundan da müsbət nəticə çıxmayacaq. Çünki Rusiya tərəfi Kiyevə göndərəcəkləri “təkliflərində” İstanbuldakı tələblərini təkrarlayacaqlar: “Ukrayna Rusiyaya biriləşdirilən 4 bölgənin tamamından çəkilməlidir”. Gərək nə qədər həyan olmasın ki, bir dövlətin işğal etdiyin ərazisindən əlavə işğal etmədiyin ərazini də tələb edəsən. Kiyev belə atəşkəsi qəbul etməyəcək. Rusiya hakimiyyəti belə olan halda “biz uzun illər savaşı davam etdirməyə hazırıq” yanaşmasını ortaya qoyub. Kremli insan həyatı narahat etmir, yüz minləri ölümə göndərir ki, əlavə torpaq zəbt edə bilsin. Halbuki, cəbhədə öldürülən özününkülərin sayı artır ki, başqa millətlərin nümayəndələrini də ölümə təşviq edir”, - politoloq bildirib.