

ABŞ-ın fundamental mövqeyi belədir: İran uranı zənginləşdirə bilməz.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.
"Bir aydın və qırmızı xəttimiz var, o da uranın zənginləşdirilməməsidir. İrana imkan verə bilmərik ki, zənginləşdirmə qabiliyyəti 1% belə olsun. Hər şey bizim prinsipial mövqeyimizdən, yəni zənginləşmə imkanını ehtiva etməyən sövdələşmədən başlayır", — o bildirib.