Baydendə xərçəng aşkarlanıb Dünya

Baydendə xərçəng aşkarlanıb

Mayın 16-da həkimlər ABŞ-ın keçmiş prezidenti Co Baydenə prostat xərçənginin aqressiv forması diaqnozu qoyublar.

Bu barədə mayın 18-də keçmiş prezidentin nümayəndələrinin Amerika mətbuatına istinadən yaydığı bəyanatda deyilir.

Açıqlamada deyilir ki, xəstəliyin formasının daha aqressiv olmasına baxmayaraq, xərçəng hormonal terapiyaya cavab verir ki, bu da onu effektiv idarə etməyə imkan verir. “Prezident və ailəsi hazırda həkimlərlə müalicə variantlarını araşdırır”.

Ağ Ev TASS-ın keçmiş Amerika liderinin xərçəng diaqnozu ilə bağlı məlumatı şərh etmək istəyinə hələ cavab verməyib. Baydenin 82 yaşı var. 2023-cü ilin mart ayında o, əməliyyat olunub.

Cavid