

Rusiya Ukrayna ilə gələcək sülh müqaviləsi üzrə memorandum üzərində işləməyə hazırdır, bu memorandumda atəşkəs məsələləri və münaqişənin həlli prinsipləri daxil ola bilər.
Xalqcebhesi.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidenti Vladimir Putin Amerika lideri Donald Trampla telefon danışığından sonra deyib.
"Rusiya Ukrayna tərəfinə bir sıra mövqelərin müəyyən edilməsi ilə mümkün gələcək sülh müqaviləsi ilə bağlı memorandum təklif edəcək və onunla işləməyə hazırdır. Məsələn, nizamlanma prinsipləri, mümkün sülh sazişinin vaxtı və s., o cümlədən müvafiq razılaşmalar əldə olunarsa, müəyyən müddətə mümkün atəşkəs ola bilər", - Putin qeyd edib.