19 May 2025 22:19
2 730
ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı alqışlanmalıdır.
Xalqcebhesi.az xəbər verir ki, bu sözləri BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
“BMT-nin prinsipləri ölkənin ərazi bütövlüyü və müvafiq təhlükəsizlik məsələlərinə əsaslanan prinsiplər çərçivəsində sona çatmasına yönəlib. Biz bu istiqamətdə atılacaq hər bir gedişata dəstək verəcəyik,” – Düjarrik qeyd edib.
Qeyd edək ki, bu gün Trampla Putin arasında 2 saatdan çox davam edən telefon danışığı baş tutub.