Türkiyədə yanğın Dünya

Türkiyədə yanğın

Türkiyənin Kocaeli bölgəsinin Gebze şəhərində taxta palet anbarının açıq sahəsində yanğın baş verib.

Xalqcəbhəsi.az “Haber Global”a istinadla qeyd edir ki, yüzlərlə taxta paletin yerləşdiyi açıq sahədən tüstü və alov gəldiyini görən insanların xəbərdarlığı üzərinə hadisə yerinə sağlamlıq, jandarma və yanğınsöndürmə qrupları sövq edilib. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın yarım saat ərzində nəzarətə götürülüb. Soyutma işlərinin davam etdiyi yanğında xəsarət alan və ölən olmayıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.