KİV: Kanada yeni HHM sisteminə qoşulmaq üçün ABŞ-la danışıqlar aparır Dünya

KİV: Kanada yeni HHM sisteminə qoşulmaq üçün ABŞ-la danışıqlar aparır

Kanada hakimiyyəti artıq ABŞ administrasiyası ilə Ottavanın Amerikanın “Qızıl Qübbə” Hava Hücumundan Müdafiə sistemi layihəsinə qoşulması məsələsini müzakirə edir.

Bu barədə CTV telekanalı Kanadanın baş naziri Mark Karninin ofisindəki mənbəyə istinadən məlumat verib.

Mənbə məsələ ilə bağlı heç bir təfərrüat verməyib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Kanadanın layihəyə qoşulmaq istədiyini açıqlamışdı.