İndoneziyada yerləşən Dukono vulkanı püskürüb Dünya

İndoneziyada yerləşən Dukono vulkanı püskürüb

İndoneziyanın Şimali Maluku əyalətində yerləşən Dukono vulkanında püskürmə baş verib.
Xalqcebhesi.az xəbər verir ki, Vulkan Müşahidə Məntəqəsi (PGA) bildirib ki, Dukono vulkanındakı püskürmə səhər saatlarında qeydə alınıb.
Açıqlamada qeyd olunub ki, dəniz səviyyəsindən 1087 metr yüksəklikdə yerləşən vulkan püskürmədən sonra 1600 metr yüksəklikdə kül buludları çıxarıb.

Məryəm Quliyeva