İslam İnkişaf Bankının illik toplantısında bir sıra iştirakçı ölkələrlə sənədlər imzalanıb Dünya

İslam İnkişaf Bankının illik toplantısında bir sıra iştirakçı ölkələrlə sənədlər imzalanıb

İslam İnkişaf Bankının Əlcəzairdə keçirilən ənənəvi illik toplantısının növbəti günündə İslam İnkişaf Bankı ilə bir sıra iştirakçı ölkələrin hökumət rəsmiləri arasında sənədlər imzalanıb.

APA-nın Əlcəzairə ezam olunmuş əməkdaşı xəbər verir ki, ənənəvi illik toplantının gedişində İslam İnkişaf Bankı ilə müxtəlif ölkə və şirkətlər arasında ümumilikdə 996 milyon 822 198,5 ABŞ dolları həcmində müxtəlif təyinatlı sənədlər razılaşdırılıb.