Ceyhun Bayramov ilə BƏƏ-nin XİN başçısı arasında telefon danışığı baş tutub Dünya

Ceyhun Bayramov ilə BƏƏ-nin XİN başçısı arasında telefon danışığı baş tutub

Xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında mayın 21-də telefon danışığı aparılıb.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Telefon danışığı zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq çərçivəsində görülən işlər, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Telefon danışığı zamanı həmçinin digər əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.