NATO-nun mobil təlim qrupu tərəfindən Bakıda məşğələ keçirilir
Goranboyda anasını və nənəsini öldürməkdə təqsirləndirilən yeniyetməyə hökm oxunub
Ötən ay dövlət qurumlarına qarşı 49 kiberhücumun qarşısı alınıb
MİDA mənzillərinin qanunsuz satışını təşkil edən 12 nəfər saxlanılıb
Uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyət veriləcək
22 May 14:17
1 974
Qəzza zolağındakı Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Burş verdiyi açıqlamada İsrailin Qəzzanın müxtəlif bölgələrinə şiddətli hücumlar həyata keçirdiyini söyləyib. O, İsrailin son 24 saatda həyata keçirdiyi hücumlarda 98 fələstinlinin həyatını itirdiyini açıqlayıb.
Xalqcəbhəsi.az “TRT Haber”ə istinadla qeyd edir ki, həyatını itirənlər arasında uşaq və qadınların olduğunu bildirən Burş, hücumlarda çoxlu sayda fələstinlinin də yaralandığını bildirib.
Şahidlər həmçinin qeyd ediblər ki, İsrail ordusu son 24 saat ərzində Qəzzanın müxtəlif yerlərində fələstinlilərin evlərinə və çadırlarına şiddətli hücumlar həyata keçirib.
İsrail ordusunun evlərə və çadırlara endirdiyi hava zərbələri nəticəsində Xan Yunisdə 4, Qəzza şəhərində isə 1 fələstinli həlak olub.
Şahidlərin bildirdiyinə görə, dağıntılar altından çox sayda fələstinlini xilas etmək üçün səylər davam edir.