

Litva hökuməti Gürcüstanın diplomatik və xidməti pasport sahiblərinin ölkəyə vizasız girişinə qadağa qoyub.
AZƏRTAC xəbər verir ki, bu barədə Delfi agentliyi Litva hökumətinə istinadla məlumat yayıb.
Litva hökuməti həmçinin, Xarici İşlər Nazirliyinə tapşırıq verib ki, 5 iş günü ərzində bu qərarla bağlı Avropa İttifaqı və Avropa Kimissiyası ölkələrini məlumatlandırsın.
Qeyd edək ki, mayın 8-də Estoniya hökuməti Gürcüstan diplomatlarına qarşı sanksiya tətbiq edib və diplomatik və xidməti pasport sahiblərinin ölkəyə vizasız girişinə qadağa qoyub.