22 May 2025 19:52
2 114
Türkiyənin Qəhrəmanmaraş vilayətinin Ayşepınarı məhəlləsində meşəlik ərazidə yanğın başlayıb.
Xalqcebhesi.az Türkiyə mediasına istinadən xəbər verir ki, helikopterlər, müxtəlif texnikaların yardımı ilə yanğının söndürülməsinə çalışılır.
Təhlükəsizlik tədbirləri çərçivəsində yaxınlıqdakı yaşayış evlərindən əhali təxliyə edilib.