Ukrayna əsir siyahısını Moskvaya göndərdi Dünya

Ukrayna əsir siyahısını Moskvaya göndərdi

Moskva Kiyevdən “1000-ə 1000” formuluna əsasən mübadilə üçün əsirlərin qarşılıqlı siyahısını alıb.

Xalqcebhesi.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a deyib.

“Bəli, doğrudan da, biz onu indi almışıq”, - deyə Peskov müvafiq suala cavabında bildirib.

Qeyd edilir ki, belə bir mübadilə haqqında razılıq Rusiya və Ukrayna nümayəndə heyətləri tərəfindən İstanbulda aparılan danışıqlar zamanı əldə olunub.