Danimarkada pensiya yaşı 70-ə qaldıracaq Dünya

Danimarkada pensiya yaşı 70-ə qaldıracaq

Danimarka Parlamenti pensiya yaşını 2040-cı ilə qədər 70-ə qaldıran qanunu qəbul edib. Bu qərarla Danimarka Avropada ən yüksək pensiya yaşına malik ölkə olacaq.

Danimarka 2006-cı ildən etibarən pensiya yaşını gözlənilən ömür uzunluğuna görə müəyyən edir və bu yaş həddini hər beş ildən bir yenidən nəzərdən keçirir. Hazırda 67 olan qanuni pensiya yaşı 2030-cu ildə 68-ə, 2035-ci ildə isə 69-a yüksələcək. Yeni qaydaya əsasən, pensiya yaşı 1971-ci il yanvarın 1-də və ya ondan sonra doğulan hər kəs üçün 70 olacaq.

Qeyd edək ki, qanun cümə axşamı 81 "hə" və 21 "xeyr" səsi ilə təsdiq edilib.