Lavrov: Rusiya sülh sazişi layihəsini əsirlərin mübadiləsindən sonra təqdim etməyə hazırdır Dünya

Lavrov: Rusiya sülh sazişi layihəsini əsirlərin mübadiləsindən sonra təqdim etməyə hazırdır

Rusiya tərəfi Ukrayna ilə münaqişənin nizamlanmasına dair sənəd layihəsini hərbi əsirlərin mübadiləsi prosesi başa çatdıqdan sonra təqdim etməyə hazırdır.

APA "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bildirib.

Nazirin sözlərinə görə, Moskva hazırda razılaşmaların ikinci mərhələsi üzərində fəal şəkildə işləyir.