

Tbilisidə minik avtomobilinin Kürə düşməsi nəticəsində suda batanlardan sonuncu şəxsin meyiti tapılıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın Fövqəladə Halların İdarəetməsi Xidməti yayıb.
Bildirilib ki, aparılan axtarışlar nəticəsində avtomobil qəzası zamanı dostları ilə birlikdə çaya düşərək həlak olan gənc Giorgi Şamuqiyanın meyiti tapılıb.
Xatırladaq ki, hadisə mayın 14-də baş verib. İçərisində 4 nəfərin olduğu “Mercedes” markalı avtomobil “Ford”la toqquşaraq Kür çayına düşüb. Xilasedicilər 4 nəfərdən birini dərhal sudan çıxarda biliblər. Qəzaya düşən gənclərdən ikisinin meyiti tapılsa da, üçüncünün axtarışları davam etdirilib. Meyitlərin tapılması məqsədilə Kürdə suyun səviyyəsi sünii şəkildə azaldılıb. Nəticədə 1 ay öncə intihar etdiyi bildirilən Qardabani rayonunun Kosalı kəndindən olan Aytac Məmmədovanın da meyiti şkarlanıb.