Təyyarədə həyəcan: Sərnişin qapını açmağa çalışdı Dünya

Təyyarədə həyəcan: Sərnişin qapını açmağa çalışdı

Tokiodan Hyustona uçan “All Nippon Airways”ə (ANA) məxsus sərnişin təyyarəsi, bir sərnişinin uçuş zamanı təcili çıxış qapısını açmağa cəhd etməsi səbəbindən Seattle-Tacoma Beynəlxalq Hava Limanına təcili eniş edib.

Adı açıqlanmayan sərnişin qapını açmağa çalışarkən digər sərnişinlər müdaxilə edərək onu qapıdan uzaqlaşdırıb və nəzarət altına alıblar.

Xalqcebhesi.az xəbər verir ki, hadisə təyyarənin enişinə üç saat qalmış baş verib. Pilot vəziyyəti nəzərə alaraq 45 dəqiqə ərzində təyyarəni Seattle-a endirib. O zaman təyyarə artıq 9 saatdır havada idi.

FlightAware məlumatına görə, insidentdən sonra təyyarə yenidən havaya qalxıb və Hyustona planlaşdırılandan 4 saat gec çatıb.

Seattle hava limanı rəhbərliyi sərnişinin "tibbi bir böhran" yaşadığını və uçuşdan sonra xəstəxanaya yerləşdirildiyini bildirib.

Məryəm Quliyeva