
ABŞ qiyamətə hazırlaşır: yerin altında 170 sığınacaq
25 May 16:44
25 May 16:44
25 May 16:32
25 May 16:12
Rusiya hüquq-mühafizə orqanları Tiflisdə Rusiya bayrağının təhqir olunması ilə bağlı vəziyyətə müvafiq qiymət verəcək.
Xalqcebhesi.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Bu səhər Tiflisdə Rusiya bayrağı ilə hansısa performans nümayiş etdirən naməlum antiqəhrəmanın şıltaqlığına münasibət almaq məqsədilə çoxlu zənglər olub. Birincisi, bayraq bayraq olaraq qalacaq, hansısa psixoloji xəstənin onunla necə davranmasından asılı olmayaraq... İkincisi, ölkəmizin hüquq-mühafizə orqanları bu azğın əmələ müvafiq qiymət verəcək”, – deyə Zaxarova bildirib.
Qeyd edək ki, Tiflisdə musiqi festivalında gürcü müğənni Erekle Getsadze çıxışı zamanı Rusiya bayrağını zibil qutusuna atıb.