İsrailin Qəzzaya hücumlarında ölənlərin sayı 54 mini keçib Dünya

İsrailin Qəzzaya hücumlarında ölənlərin sayı 54 mini keçib

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin davam edən hücumlarında ölən və yaralananlarla bağlı son məlumat paylaşılıb.

Son 24 saatda Qəzzadakı xəstəxanalara 79 ölü, 163 yaralanın gətirildiyi açıqlanıb.

Qeyd edək ki, İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 54 min 56 nəfərə, yaralı sayının isə 123 min 129 nəfərə yüksəldiyi bildirilib.

Qəzza zolağında dağıntılar altında hələ də minlərlə ölü olduğu deyilir.