Ukrayna Prezidenti ABŞ-ı Rusiyaya qarşı yeni sanksiya tətbiqinə çağırıb Dünya

Ukrayna Prezidenti ABŞ-ı Rusiyaya qarşı yeni sanksiya tətbiqinə çağırıb

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibə məsələsində ABŞ-dan gözləntilərini açıqlayıb.

APA UNİAN-a istinadən xəbər verir ki, Zelenski Ukrayna tərəfinin ABŞ prezidenti Donald Tramp administrasiyasından Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməklə “güc vasitəsilə sülh” siyasətini təsdiqləyəcəyini gözləyir.

"Biz Amerika Birləşmiş Ştatlarından sanksiyalar gözləyirik. Avropa bunu etdi, 17-ci paket var. Biz 18-ci paketin təfərrüatlarını daha güclü olması üçün müzakirə apardıq, Avropa İttifaqındakı həmkarlarımızla - Ursula fon der Leyen və Antonio Kosta ilə də bunu açıq şəkildə müzakirə etdik." - deyə prezident əlavə edib.