

Bəzi məsələləri ABŞ və ya Aİ-nin iştirakı olmadan müzakirə etmək olmaz.
APA UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O bildirib ki, Ukrayna tərəfi Rusiya ilə istənilən formatda görüşlərə, o cümlədən üçtərəfli görüş formatında liderlər səviyyəsində danışıqlara hazırdır.
"Düşünürəm ki, bir görüş mütləq texniki xarakter daşıyacaq. Biz liderlər səviyyəsində görüşməyə hazırıq. Amerika tərəfi də, Rusiya tərəfi də bunu bilir. Biz Tramp-Putin-Zelinski formatına, Tramp-Putin, Tramp-Zelenski, sonra isə üçlükdə danışıqlara hazırıq", - deyə prezident bildirib.