

Almaniya Ukraynaya 5 milyard avro dəyərində yeni hərbi yardım göstərməyə razılıq verib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, Almaniya müdafiə naziri Boris Pistorius və Ukrayna müdafiə naziri Rüstəm Umerov Berlində Ukrayna istehsalı olan uzaqmənzilli silahların tədarükünün maliyyələşdirilməsinə dair saziş imzalayıblar.
Bundan əlavə, Ukrayna ilə Almaniyanın hərbi sənayesi arasında da müqavilə imzalanıb.
Ukrayna Silahlı Qüvvələrinə yeni dəstəyin ümumi məbləği təxminən 5 milyard avro təşkil edəcək. Maliyyə Bundestaq tərəfindən artıq təsdiqlənmiş vəsaitdən ayrılacaq.