

İranın cənub-şərqindəki Kirman əyalətində 5,1 bal gücündə zəlzələ baş verib.
İran Milli Seysmoloji Mərkəzinin məlumatına görə, episentri Ciroft rayonunun Boluk qəsəbəsi olan 5,1 bal gücündə zəlzələ yerli vaxtla saat 01:00-da qeydə alınıb.
Xalqcəbhəsi.az “TRT Haber”ə istinadla bildirir ki, zəlzələ 8 kilometr dərinlikdə baş verib.
Bölgəyə qruplar göndərildiyi və indiyədək heç bir dağıntı qeydə alınmadığı açıqlanıb.