ABŞ Apellyasiya Məhkəməsi Tramp tariflərini dayandırmaq qərarını qüvvədə saxlayır Dünya

ABŞ Apellyasiya Məhkəməsi Tramp tariflərini dayandırmaq qərarını qüvvədə saxlayır

ABŞ Federal Dairəsi üzrə Apellyasiya Məhkəməsi ABŞ prezidenti Donald Trampın xaricdən idxal olunan mallara tətbiq etdiyi yeni tarifləri bloklayan qərarı qüvvədə saxlayıb.

Bu barədə Bloomberg məlumat yayıb.

Xatırladaq ki, mayın 28-də ABŞ-ın Beynəlxalq Ticarət üzrə Federal Məhkəməsi Trampın səlahiyyətlərindən sui-istifadə etdiyini əsas gətirərək, artırılmış idxal rüsumlarının tətbiqini əngəlləyib.

Eyni zamanda, agentlik xatırladır ki, nəinki dünyanın 185 ölkəsinin məhsullarına rüsumlar bloklanıb, həm də Kanada, Çin və Meksikadan idxala 2025-ci il aprelin 2-dək tətbiq edilən tariflər artırılıb. Bu arada ABŞ-ın apellyasiya məhkəməsi mayın 28-də çıxarılan qərarın diplomatiyaya xələl gətirdiyi və dövlət başçısının səlahiyyətlərini pozduğu qənaətinə gəlib.

Cavid