Lavrov və Fidan Rusiya-Ukrayna danışıqlarının növbəti raunduna hazırlığı müzakirə edib Dünya

Lavrov və Fidan Rusiya-Ukrayna danışıqlarının növbəti raunduna hazırlığı müzakirə edib

Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla telefon danışığı aparıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Lavrov və Fidan iyunun 2-də İstanbulda birbaşa ikitərəfli Rusiya-Ukrayna danışıqlarının növbəti raunduna hazırlığı müzakirə ediblər.

Qeyd edək ki, Ukrayna nizamlanması ilə bağlı Moskva və Kiyev arasındakı danışıqların ilk raundu mayın 16-17-də İstanbulda keçirilib.