

3 Sentyabr 23:45
3 Sentyabr 23:34
3 Sentyabr 23:28
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Yaponiya Suriyaya tətbiq olunan sanksiyaları qismən aradan qaldırmaq qərarını elan etdi, ən azı 4 bank sanksiya siyahısından çıxarılacaq.
Xalqcebhesi.az xəbər verir ki, Dövlət televiziyası NHK-nın məlumatına görə, Kabinetin Baş Katibi Hayaşi Yoşimasa mətbuata açıqlamasında Baaş rejiminin devrildiyi Suriyaya qarşı sanksiyaların qismən ləğv edilməsinin geniş qiymətləndirmələr nəticəsində qəbul edildiyini bildirdi.
Hayaşi, Yaponiya hökumətinin illərlə davam edən böhran səbəbindən zəifləyən Suriya xalqının həyat şəraitini yaxşılaşdırmağa və müsbət səyləri dəstəkləməyə çalışmalı olduğunu vurğuladı.
Ölkəsinin Suriyada sülh və sabitliyin təmin olunması üçün G7 ölkələri və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlığı davam etdirəcəyini qeyd edən Hayaşi, beynəlxalq ictimaiyyətlə uyumlu şəkildə hərəkət edəcəklərini bildirdi.
Sanksiyaların aradan qaldırılmasının ilk mərhələsində ən azı 4 bankın aktivləri dondurulanlar siyahısından çıxarılacaq.
Məryəm Quliyeva