İsrail Livanda "Hizbullah" komandirlərindən birini zərərsizləşdirib Dünya

İsrail Livanda "Hizbullah" komandirlərindən birini zərərsizləşdirib

İsrail ordusunun Livanın cənubundakı Deyr-əz-Zəhrani rayonuna endirdiyi aviazərbələr nəticəsində “Hizbullah” terror qruplaşmasının raket qrupunun komandiri Məhəmməd Əli Camul zərərsizləşdirilib.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin “Telegram” hesabında məlumat verilib.
Bildirilib ki, bu şəxsin fəaliyyəti İsrail və Livan arasındakı razılaşmaların icrasına əngəl törədib.

Məlumatda həmçinin, İsrail Ordusunun ölkəyə yönələn istənilən təhlükənin qarşısını almağa davam edəcəyi də açıqlanıb.