Stiv Deyns: Bakı və İrəvan arasında imzalanacaq sülh razılaşması Cənubi Qafqaza sabitlik gətirəcək Dünya

Stiv Deyns: Bakı və İrəvan arasında imzalanacaq sülh razılaşması Cənubi Qafqaza sabitlik gətirəcək

Bakı və İrəvan arasında imzalanacaq sülh razılaşması Cənubi Qafqaza çiçəklənmə və sabitlik gətirəcək.

APA ABŞ-ın Ermənistandakı Səfirliyinin “X” hesabına istinadən xəbər verri ki, bunu ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns baş nazir Nikol Paşinyanla görüşdə deyib:

“Senator Stiv Deyns və Ermənistanın Baş naziri Nikol Paşinyan görüş zamanı regional təhlükəsizlik, eləcə də bu ölkənin iqtisadiyyatına sərmayə qoyuluşunu da müzakirə ediblər. Senator Tramp Administrasiyasının regionda sülh və çiçəklənməyə nail olunması üçün Ermənistanla Azərbaycan arasında sülh razılaşmasının vacibliyi ilə bağlı mövqeyini də çatdırıb”.