ABŞ İrana nüvə sazişi təklifi təqdim etdi Dünya

ABŞ İrana nüvə sazişi təklifi təqdim etdi

İranın Xarici İşlər nazirinin müavini Abbas Əraqçi bildirib ki, ABŞ-ın nüvə sazişi təklifi onlar üçün Oman vasitəsilə çatdırılıb.

Abbas Əraqçi bəyan edib ki, ABŞ Prezidenti Donald Trampın təxminən iki həftə əvvəl bəhs etdiyi nüvə sazişi təklifi İran tərəfinə Oman Xarici İşlər naziri Bədr əl-Busaidi tərəfindən təqdim olunub.

Xalqcebhesi.az xəbər verir ki, Əraqçi sosial şəbəkədə verdiyi açıqlamada deyib:
"Əziz qardaşım, Oman Xarici İşlər naziri Bədr əl-Busaidi Tehrana qısa bir səfər edərək ABŞ-ın təklifini təqdim etdi. Bu təklifə, İranın prinsipləri, milli mənafeləri və xalqının hüquqları əsasında uyğun cavab veriləcək."

Ağ Ev-in sözçüsü Karoline Leavitt isə bildirib ki, ABŞ Prezidenti Donald Trampın Orta Şərq üzrə xüsusi nümayəndəsi Stiv Witkoff İran tərəfinə ətraflı və qəbuledilən bir təklif göndərib və bu təklifi qəbul etməyin İranın maraqlarına uyğun olduğunu deyib.

Məryəm Quliyeva