

Brüsselin irrasional siyasəti və Avropadakı aqressiv atmosfer ucbatından Aİ ölkələri ilə Rusiya arasında hərbi münaqişə riski artıq istisna oluna bilməz. Bunu Lüksemburqdan olan Avropa Parlamentinin deputatı Fernand Kartayzer mayın 25-28-də Moskvaya səfərindən sonra TASS-a müsahibəsində deyib.
"Digər amillərlə yanaşı, Avropa siyasətinin irrasional mahiyyətini və onun həyata keçirildiyi aqressiv atmosferi nəzərə alsaq, təəssüf ki, Rusiya ilə hərbi qarşıdurma riskini artıq istisna etmək olmaz”, - deyə o, Avropada “söz azadlığına qarşı kütləvi təbliğat və repressiyalar” səbəbindən vəziyyətin daha da təhlükəli olduğunu vurğulayıb.
Lüksemburqlu siyasətçi “heç olmasa silahlanma yarışının qarşısını almağa və müharibəni qızışdıranların arqumentlərini təkzib etmək üçün mümkün olan hər şeyi etməyə” çağırıb. Kartayzer vurğulayıb ki, Rusiyaya səfərinin əsas məqsədi Rusiyanın “düşmən deyil, tərəfdaş” olduğunu göstərməkdir.
Cavid