Rusiya: İstanbul danışıqlarında Ukrayna ilə mühüm razılaşmalara gəlinib Dünya

Rusiya: İstanbul danışıqlarında Ukrayna ilə mühüm razılaşmalara gəlinib

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Ukrayna ilə dünən İstanbulda keçirilən danışıqlardan dərhal nəticə gözləmək doğru olmaz. Bununla belə, o qeyd edib: “Eyni zamanda mühüm razılaşmalara gəlinib və işlər davam edir.”

Xalqcebhesi.az xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərin gündəmə dair suallarını cavablandırıb.

1 iyun tarixində Ukraynanın Rusiyadakı bəzi hərbi bazalara pilotsuz uçuş aparatları ilə (PUA) hücum etməsini şərh edən Peskov deyib: “Rusiya Prezidenti Vladimir Putin hücumlarla bağlı real vaxtda məlumatlandırılıb.”

Peskov, Rusiyanın Ukraynaya təqdim etdiyi memorandum haqqında da danışaraq bildirib: “Bu sənəd bir çox həll variantlarını əhatə edən müddəaları özündə birləşdirir. Məqsəd münaqişənin əsas səbəblərini aradan qaldırmaq və onu davamlı bir həll yoluna yönəltməkdir.”

Məryəm Quliyeva