12 ölkə vətəndaşlarının ABŞ-a girişi qadağan edilib Dünya

12 ölkə vətəndaşlarının ABŞ-a girişi qadağan edilib

Amerika lideri Donald Tramp bazar ertəsindən etibarən 12 ölkə vətəndaşlarının ABŞ-a girişini qadağan edib və daha 7 ölkənin sakinlərinə qismən məhdudiyyətlər qoyub.

Bu barədə Ağ Evin yaydığı prezident bəyannaməsinin mətnində deyilir.

Ümumi qadağa Əfqanıstan, Haiti, İran, Yəmən, Liviya, Myanma, Konqo Respublikası, Somali, Sudan, Çad, Ekvatorial Qvineya və Eritreya vətəndaşlarına şamil ediləcək. Məhdudiyyətlər bazar ertəsi, iyunun 9-da Şərq vaxtı ilə saat 00:01-də (Moskva vaxtı ilə 07:01) qüvvəyə minəcək.

Bundan əlavə, Burundi, Venesuela, Kuba, Laos, Syerra-Leone, Toqo və Türkmənistan vətəndaşları üçün qismən məhdudiyyətlər tətbiq olunacaq. Məhdudiyyətlər bu ölkələrin hər biri üçün müəyyən viza növlərinə şamil ediləcək. Sənəddə qeyd olunur ki, bu fərman qüvvəyə minənədək verilmiş vizalar qüvvədə qalacaq.

Cavid