Qrossi İranın nüvə məsələsində diplomatik yolun dəstəklənməsinin vacibliyini vurğulayıb Dünya

Qrossi İranın nüvə məsələsində diplomatik yolun dəstəklənməsinin vacibliyini vurğulayıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin rəhbəri Rafael Qrossi İranın nüvə məsələsində diplomatik yolun dəstəklənməsinin vacibliyini vurğulayıb.

APA xəbər verir ki, bu barədə o, “Associated Press“ə müsahibəsində bildirib.

Qrossi İran və ABŞ-ın nüvə razılaşmasına nail olmaları üçün diplomatik yola dəstək verilməsinin vacibliyini vurğulayıb.

“ABŞ-la birbaşa danışıqların İran tərəfi üçün çətin olduğunu unutmayın. Keçmişdə danışıqlarda daha böyük masanın olduğu vaxtlarda Çin, Rusiya, avropalılar var idi, amma indi danışıqlar iki tərəf arasında gedir”, - AEBA rəhbəri vurğulayıb.